Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır

Çinin Azərbaycandakı səfiri Qo Min bildirib ki, Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb.

Səfir qeyd edib ki, iqtisadiyyat və ticarət sahələrində Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 500 milyon yuan (70 milyon dollardan çox) dəyərində qarşılıqsız yardım edib: “Bu il avqustun sonuna olan vəziyyətə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1,543 milyard dollara çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə 104,64 faiz artıb. Bu, rekord göstəricidir”.

Səfir bildirib ki, Çin bu ilin iyununadək Azərbaycana 800 milyon dollardan çox investisiya yerləşdirib. Bu vəsait neft və təbii qaz hasilatı sahəsinə yönəlib.

Səfir onu da əlavə edib ki, gələn ay Azərbaycan tərəfi Şanxayda keçiriləcək 2-ci “China International Import Expo” beynəlxalq sərgisinə 100 nəfərdən çox nümayəndə heyəti göndərəcək.

 

“Xalq qəzeti”

19 Oktyabr 2019 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə