Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Brüssel Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Naciye Selin Şenocak bildirib ki,Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaxın zamanlarda möhkəmlənəcək və dünyada vacib güc mərkəzinə çevriləcək.

Naciye Selin Şenocak qeyd edib ki, Özbəkistanın Türk Şurasına qoşulması, eləcə də Macarıstanda Şuranın nümayəndəliyinin açılması bu strukturun artan rolunu göstərir: “İdarəetmə oxunun Asiyaya keçdiyi yeni dünya düzənində Türk Şurası vacib rol oynayacaq”.

Mərkəzin rəhbəri əlavə edib ki, Türk Şurasının fəaliyyəti gələcəkdə də “Bir kəmər, bir yol” layihəsinin köməyi ilə iqtisadi, siyasi və sosial baxımdan inkişaf edəcək və dərinləşəcək.

 

“Xalq qəzeti”

19 Oktyabr 2019 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə