Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsimi xalqımızın milli-mədəni sərvətidir”

“Nəsimi xalqımızın milli-mədəni sərvətidir”

Beynəlxalq Mətbuat Mərkəzində "İmadəddin Nəsimi və folklor” adlı respublika elmi-praktik konfransının keçirilməsi ilə bağlı layihə üzrə seminar təşkil olundu.

Seminarı AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev giriş nitqiylə açıq elan edərək, gələn qonaqları salamladı. K.Əliyev qeyd etdi ki, bugünkü seminar noyabr ayında keçiriləcək "İmadəddin Nəsimi və folklor” adlı respublika elmi-praktik konfransına bir növ hazırlıqdır: "Biz bura ona görə toplaşmışıq ki, konfransda müzakirə olunacaq məsələləri, mövzuları əvvəlcədən danışaq, veriləcək təklifləri dinləyək. Düşünürəm ki, bu cür toplantı konfransın xeyrinədir”.

Kamran Əliyev ilk olaraq sözü AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovaya verdi. O, respublika elmi-praktik konfransına hazırlığın vəziyyəti barədə çıxış etdi. Daha sonra Fidan xanım 2019-cu il – "Nəsimi ili”ndə bütün respublika üzrə keçirilmiş bir sıra tədbirlərdən, onların mahiyyətindən danışdı. Bu konfransın da həmin tədbirlərin bir davamı olduğunu bildirdi: "İmadəddin Nəsimiylə bağlı nə qədər danışsaq da, yazsaq da, yenə azdır. Hesab edirəm ki, onun yaradıcılığı yenə də araşdırılmalı, öyrənilməlidir”.

Daha sonra seminarda AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abasova çıxış üçün söz aldı. Aytac xanım folklorla bağlı Nəsimi qəzəlləri və musiqi mövzusunda danışdı.

Seminarda  Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Zülfüqarova, şair İslam Sadıq Nəsimi yaradıcılığından danışdılar.

Seminarın sonunda kompozisiyanı təqdim edən məktəblilərə təşəkkürnamələr verildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Oktyabr 2019 11:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
28 Oktyabr 2019 | 12:20
"Ölən dünyanın yaddaşı”

Köhnə versiyamızdan xəbərləri izlə