Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda söz azadlığını görməmək siyasi korluqdur

Azərbaycanda  söz azadlığını görməmək siyasi korluqdur

Azərbaycanın demokratik dəyərlərə böyük üstünlük verdiyi, ölkədə  şəffaf, azad və ədalətli seçkilərin keçirildiyi, müstəqil mətbuatın  sərbəst fəaliyyəti, mitinq və piket keçirilməsi üçün hər cür şəraitin yaradılması  beynəlxalq aləmdə də etiraf olunur. Ancaq, nədənsə,  radikal müxalifət bütün bunları görmür, əvəzində respublikamızda insan haqlarının pozulması, azad sözün boğulması barədə anti-Azərbaycan qüvvələrə  “fakt” ötürür. Təbii ki, bütün bu “xidmətlər”, satqınlıq və xəyanətkarlıq müftə başa gəlmir.  Axı, 25 ildən artıqdır ki, heç bir yerdə işləməyən, ictimai-faydalı əməklə məşğul olmayan AXCP sədri Əli Kərimli və onun əlaltıları bu yolla dolanır, övladlarını xarici ölkələrdəki ən bahalı məktəblərdə bu vəsait hesabına oxudurlar.

Radikal müxalifətin qazanc yeri ölkədə qarşıdurma yaratmaq, aksiyalar keçirməkdir.  Yenə də mitinq keçirmək həvəsinə düşüblər. Adlarını  “Demokratik Qüvvələrin Milli Şura”sı  qoyan  qondarma qurumun üzvləri bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət ediblər.  Həmin müraciətə Bakı Şəhər İcra Hakimiyyətində baxıldıqdan sonra “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən müsbət cavab verilib.  Hətta, “Milli Şura”nın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müvafq yer ayrılıb.

Hər şey də bundan sonra başlandı. Sən demə, radikal müxalifət  neçə gün imiş ki, icazəsiz aksiyalara hazırlıq görürmüş. Mitinq təşkilatçıları düşünürmüşlər ki, onlara  icazə verilməyəcək və bunu bəhanə edib şəhərin mərkəzində, istədikləri yerdə qanunsuz aksiya keçirəcəklər. Son günlər sosial şəbəkələrdə qanunsuz aksiyaya çağırışlar  da başlayıb. Bəhanələri də budur ki, guya, mitinq üçün ayrılmış yer--Lökbatan qəsəbəsi şəhərdən çox uzaqdır. Ona görə də  pozucu qüvvələr metronun 28 May stansiyasının qarşısını seçiblər. Ona görə ki, bura əhalinin gur olan yeridir. Həmin insanların da özlərinin tərəfdarı olduqlarını bildirərək, sıralarının “çox” olduğunu nümayiş etdirmək fikrindədirlər. Yaxşı bilirlər ki, Lökbatana getsələr, ifşa olunacaqlar. 

Azərbaycan müxalifətinin  cüzi bir hissəsini təşkil edən və  cəmiyyətdə tərəfdarları  barmaqla sayılacaq qədər az olan  radikal müxalifət ölkədə söz azadlığına yaradılmış şəraiti görmürsə, bu, onların “siyasi korluğundan” irəli gəlir. Ölkəmizdə gedən inkişafı, abadlığı, yenidənqurmanı, islahatları, əhalinin həyat səviyyəsinin getdikcə yüksəldilməsi məqsədilə reallaşdırılan sosial layihələri görməyənlər, həqiqətən də, zəlildirlər. Belə ünsürlər ölkədə yaradılmış demokratik şəraitdən  sui-istifadə edərək, Azərbaycanda qarşıdurma yaratmağa çalışır, sabitliyi pozmaq  üçün düşmən qüvvələrlə əməkdaşlıq edirlər.

Müxalifətin çox az  bir hissəsi olan radikal müxalifət  mitinq  və digər aksiyalardan qarşıdurma yaratmaq üçün istifadə edir. Onlar söz və fikir azadlığından yalnız xalqı, iqtidarı  təhqir etmək üçün istifadə edirlər.  Bu yolda  anti-Azərbaycan qüvvələr tərəfindən hazırlanmış  ən pis ssenarilərdən yararlanırlar. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sıx əməkdaşlıq edən AXCP və qondarma “Milli Şura” üzvlərinin əsas vəzifəsi ölkəmizin inkişafını gözü götürməyənlərin tapşırıqlarını yerinə yetirməkdir. Metro stansiyalarının qarşısında qanunsuz aksiya keçirmək istəyənlərin məqsədləri də budur. Düşmənlərin sifarişi ilə ölkədə qarşıdurma yaratmaq istəyənlər xəbis niyyətlərinə çata bilməyəcəklər.

 

Mehman İSMAYILOV,
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini

19 Oktyabr 2019 10:49 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə