Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Mərkəzi Seçki Komissiyasının 2019-cu il 18 oktyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilmişdir.
Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır. 
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə, səsvermə gününə azı altmış gün qalmış, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər (hüquqşünas olmayan) üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.
 Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi və onların obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə də Mərkəzi Seçki Komissiyasının nəzdində bu qərarın nəticə hissəsində göstərilmiş və yuxarıda göstərilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə, yuxarıda göstərilən Təlimatın 5.1-ci və 5.2-ci bəndlərinə əsasən qərara alır: 
1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində  vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın: 
Ramiz İbrahimov – Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü; 
Validə Kazımova – Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyasının üzvü; 
İlham Məmmədov – Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyasının üzvü;
Qabil Orucov –  Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov – Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyasının üzvü; 
Tofiq Həsənov – Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyasının üzvü;
İlkin Şahbazov – Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyasının üzvü; 
Rafiq Abbasov – Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri;
Nailə Əsgərova –  Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyası Katibliyi Hüquq şöbəsinin baş 
məsləhətçisi.
2. Dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması dairə seçki komissiyalarına həvalə edilsin. 
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir. 
 
 
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19 Oktyabr 2019 01:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə