Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs 2019-cu il üzrə konsolidə olunmuş maliyyə və vergi hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs  2019-cu il üzrə konsolidə olunmuş maliyyə və vergi hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması məqsədilə  KOTİROVKA SORĞUSU ELAN EDİR

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənib imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün qeyd olunan sənədlər
• nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş); 
• kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş); 
• kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənib mzalanmış şəkildə) 
• kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) və iddiaçının tender təklifi 24 oktyabr 2019-cu il saat 15.00-a qədər AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs- İlham Əliyevə, telefonlar- 012-502-47-53/56/58, daxili 144) ünvana təqdim edilməlidir. 
Təkliflər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 25 oktyabr 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

19 Oktyabr 2019 02:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə