Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hövsan qəsəbəsində növbəti səyyar qəbul

Hövsan qəsəbəsində növbəti səyyar qəbul

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun 280 nömrəli tam orta məktəbin akt zalında Hövsan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü olub. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasıyasının sektor müdiri Tağı Tağıyev, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifahının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən başçı İ.Abbasov bildirib ki, dövlətimizin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər uğurla davam edir. 
Rayon rəhbəri sakinlərə ölkə rəhbərinin yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verərək vurğulayıb ki, ilin əvvəlindən start götürən sosial islahatların yeni mərhələsində minimum aylıq əməkhaqqı 250 manata çatdırılıb. İkinci sosial paket çərçivəsində həyata keçirilən tədbirlər isə 1 milyon 350 min vətəndaşın əməkhaqqının artımına səbəb olub. Bu da respublika üzrə muzdla işləyənlərin 80 faizini təşkil edib. Bundan başqa 750 min nəfərin pensiyasında artım baş verib. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq.
İ.Abbasov sakinlərin diqqətinə çatdırıb ki, cari il oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı vurğulayıb ki, minimum pensiyanın alıcılıq qabiliyyəti səviyyəsinə görə Azərbaycan hazırda MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdə qərarlaşıb. 
Rayon rəhbəri daha sonra qəbul olunan Dövlət proqramlarının icrası nəticəsində Suraxanıda, o cümlədən, Hövsan qəsəbəsində görülən işlər və icrası nəzərdə tutulan abadlıq-quruculuq tədbirləri barədə sakinlərə məlumat verib.
Başçı səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə də aydınlıq qətirib, problemlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

 

“Xalq qəzeti” 

 

18 Oktyabr 2019 21:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə