Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kataloniyada qarşıdurmalar davam edir

Kataloniyada qarşıdurmalar davam edir

İspaniyanın Kataloniya bölgəsində genişmiqyaslı aksiyalar nəticəsində ən azı 52 iştirakçı xəsarət alıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, xəsarət alanların Barselona, Leyda, Jiron, Silse, Sallante, Manrese, Tarraqone şəhərlərindən olduğu deyilir.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın verdiyi bəyanata görə, Kataloniyadakı etiraz aksiyalarında iğtişaşlara təşviq etmiş cinayətkarlar barəsində heç bir cəzasızlığa yol verilməyəcək.
Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın liderlərinə qarşı İspaniya Ali Məhkəməsi həbs qərarı elan edib. Məhkəmə 12 siyasin liderin 13 il müddətinə həbsi barədə qərar qəbul edib. Məhz bu qərardan sonra Kataloniyada iğtişaşlar yenidən alovlanıb. İğtişaşlar nəticəsində təqribən 100 adam həbs edilib, 195 polis yaralanıb, eyni zamanda, Kataloniya şəhərlərinə 627 min avro maddi ziyan dəyib.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 Oktyabr 2019 21:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə