Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

M.Çavuşoğlu: Biz arzu etdiyimizə nail olduq

M.Çavuşoğlu: Biz arzu etdiyimizə nail olduq

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında Ankarada keçirilmiş danışıqların nəticələrini şərh edib. Məlumatı “Anadolu” agentliyi yayıb. 

Bəlli olduğu kimi, tərəflər Türkiyə Silahlı Qüvvələrinin bu il oktyabrın 9-dan başlayaraq Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatının dayandırılması ilə bağlı razılığa gəliblər. 
Türkiyəli nazir bildirib: “Biz PKK/YPG terrorçularının ərazini tərk etmələri məqsədilə hərbi əməliyyatları 120 saat ərzində dayandırmağı qərara almışıq”. Onun sözlərinə görə, bu atəşkəs hesab olunmamalıdır. Atəşkəs yalnız iki legitim tərəf arasında imzalana bilər. 
Yeri gəlmişkən, oktyabrın 17-də ABŞ-ın vitse-prezidenti Maykl Pens Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdən sonra mətbuat konfransında deyib ki, ABŞ və Türkiyə Suriyanın şimalında atəşkəsin əldə olunması məsələsində razılığa gəliblər. 
M.Pens “Sülh çeşməsi” əməliyyatının ilk mərhələdə 120 saatlığına dayandırılacağını vurğulayaraq bildirib ki, ABŞ YPG-nin təhlükəsiz bölgədən geri çəkilməsini təmin edəcək. Türkiyə və ABŞ İŞİD-in Suriyanın şimal-şərqində tamamilə aradan qaldırılması məsələsində də razılığa gəliblər.
ABŞ-ın vitse-prezidenti sonra bildirib: “Bir az əvvəl Prezident Tramp ilə danışdım. Donald Tramp Rəcəb Tayyib Ərdoğanın atəşkəsə və sülh yolu ilə həll variantına razılıq verməsindən çox məmnun qaldı. Beş saat ərzində müzakirələr apardıq və bu görüş sayəsində bir çox insanın həyatı xilas edildi. ABŞ YPG-nin geri çəkilməsini asanlaşdıracaq.”

M.HACIXANLI, “Xalq qəzeti” 

 

18 Oktyabr 2019 21:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə