Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

A.Lukaşenko: Gənclər siyasi həyata daha fəal qoşulmalıdır

A.Lukaşenko: Gənclər siyasi həyata daha fəal qoşulmalıdır

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkənin suverenliyi dövründə anadan olmuş gəncləri siyasi həyata daha fəal cəlb etmək lazımdır. Məlumatı Belarus liderinin mətbuat xidmətinə istinadən RİA “Novosti” verib.
Məlumata görə, Lukaşenko bu bəyanatı Minskdə Belarus Prezidenti yanında İdarəçilik Akademiyasında olarkən səsləndirib. “Bizim vətəndaşlarımızın təxminən üçdə biri – 3 milyona qədər insan Belarusun suveren olduğu dövrdə anadan olub. Bu gənc oğlanlar və qızlar artıq reallıqları müstəqil Avropa dövlətinin sakini kimi qiymətləndirirlər. Və artıq vaxt çatıb ki, bu gənc insanları ölkənin siyasi həyatına daha fəal cəlb edək. Arxamızca gələnlərdə dövlətçilik təfəkkürü formalaşdırmaq lazımdır”, – deyə Lukaşenko İdarəçilik Akademiyasında gənclərlə görüşü zamanı bildirib.
Belarus Prezidentinin rəsmi saytında verilən məlumata görə, Lukaşenko deyib ki, nəsillərin dialoqunu qarşılıqlı inam və etibar əsasında qurmaq lazımdır: “Təcrübə və innovasiyalar, müdriklik və qətiyyət, ehtiyatlılıq və cəsarət bu dialoqda harmoniya və məmnunluq təşkil edir”. 
Dövlət başçısı əlavə edib ki, Belarusda dövlət siyasəti dəyişməyib: ölkədə nəsillərin varisliyi, keçmişdə əldə olunmuş ən yaxşı nailiyyətləri qorumaq kimi prinsiplər qüvvədədir. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 Oktyabr 2019 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə