Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Lavrov Cavad Zəriflə telefonla danışıb

Sergey Lavrov Cavad Zəriflə telefonla danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Telefon söhbəti İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Bu barədə RİA “Novosti” agentliyi məlumat yayıb. Agentliyin məlumatında deyilir ki, nazirlər Suriyanın şimal-şərqindəki vəziyyət ilə bağlı müzakirə aparıblar.
Tərəflər Fərat çayının şərqində əsaslı və uzunmüddətli sabitliyin təmin edilməsi üçün Ankara və Dəməşq, eləcə də Suriya hakimiyyəti, həmçinin ölkə kürdləri arasında suverenliyə və ərazi bütövlüyünə əsaslanan dialoqun qurulmasının vacibliyini ifadə ediblər. Rusiya və İranın bu prosesdə vasitəçiliyə hazır olduğu bəyan edilib. 

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti” 

18 Oktyabr 2019 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə