Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beşinci medal

Beşinci medal

Sofiyada keçirilən gənclər arasında cüdo üzrə Avropa birinciliyində Azərbaycan idmançılarına daha bir medal təqdim olunmuşdur.
Milli Cüdo Federasiyası mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, turnirin ikinci günü 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev fərqlənmişdir. Bu idmançımız Bolqarıstan paytaxtından Bakıya bürünc mükafatla qayıdacaq.
Təmsilçilərimizin növbəti müvəffəqiyyəti sayəsində Azərbaycan komandasının Avropa birinciliyində iki gün ərzində qazandığı medalların sayı beşə çatmışdır. İndi yığmamızın hesabında 1 qızıl, 1 gümüş və 3 bürünc mükafat var.

O.BAYRAMOV, 
“Xalq qəzeti”

16 2018 01:10 - İDMAN
İDMAN
21 May 2019 | 22:51
Bir həftədə iki mükafat
18 May 2019 | 22:28
Errera PSJ-yə keçir

Köhnə versiyamızdan xəbərləri izlə