Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Masallı rayonunda yaradılan günərzi qayğı mərkəzinə 30-dan çox uşaq cəlb edilib.

Onlar aztəminatlı ailələrdən olan, çətin həyat şəraitində yaşayan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardır. 2018-ci ildən yaradılan mərkəzdə uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq, müxtəlif dərnəklər vasitəsilə onların bacarıq və təxəyyülləri inkişaf etdirilir. Onlara ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, həmçinin psixoloji dəstək həyata keçirilir.

Həmçinin sağlamlıq imkanlarına uyğun olaraq, uşaqlarda zəruri özünəxidmət vərdişləri yaradılır. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər, ekskursiyalar da təşkil olunur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2019 10:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə