Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti bahalaşmağa başlayıb

Neftin qiyməti bahalaşmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti yenidən artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,31 faiz artaraq bir bareli 60,22 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,2 faiz artaraq bir bareli 54,73, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti, 2,41 faiz artaraq bir bareli 61,84 dollar olub.

Ekspertlər bildiriblər ki, dünya bazarında “qara qızıl”ın qiymətinin bahalaşması Yaxın Şərqdəki gərginliklə əlaqədardır.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

18 Oktyabr 2019 16:48 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə