Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) “Regional Tələbə İnkişafı Sammiti” keçirilib.

BANM-dan verilən məlumatda bildirilir ki, məktəbin təşkilati dəstəyi ilə həyata keçirilən tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan gənc mütəxəssislər və tələbələr iştirak ediblər.

SOCAR, “BP”, “Equinar” və “Schlumberger” şirkətlərinin sponsorluğu ilə həyata keçirilən tədbir iki gün davam edib.

Sammitdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov SPE-nin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər üçün geniş imkanlar açdığını bildirib. Eyni zamanda, E.Qasımov tələbələri SPE-nin təşkil etdiyi tədbirlərdə və həyata keçirdiyi layihələrdə aktiv olmağa çağırıb.

Sammit çərçivəsində həmçinin, SPE-nin Prezidenti Şauna Nunan tələbələr qarşısında təqdimatla çıxış edib. O, ilk olaraq, dəstəyə və yüksək təşkilatçılığa görə BANM rəhbərliyinə təşəkkürünü bildirib.

SPE-nin prezidenti qeyd edib ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.

SPE-nin nümayəndəsi Yaroslava Orlova, Rusiya və Xəzər regionu üzrə direktoru Aizana Cussupbekova, SPE Azərbaycanın bölmə rəhbəri Aydın Kərimov müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Sammitin BANM-də keçirilən ilk iki günü ərzində tələbələr üçün təlim və müsabiqə də keçirilib.

 

“Xalq qəzeti”

18 Oktyabr 2019 15:53 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə