Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR AQŞ Türkiyədə qazma işləri aparacaq

SOCAR AQŞ Türkiyədə qazma işləri aparacaq

SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. birgə müəssisəsi  ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində qazma müqaviləsini imzaladıqlarını bəyan etdilər.

Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin “Duz Gölü” bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcəkdir. Müqavilənin təxmini dəyəri 100 milyon ABŞ dolları civarındadır.

İC İçtaş şirkətinin Baş direktoru Murat Mehmet Kurtuluş müqavilənin imzalanması mərasimində bildirib: “Bugünkü imzalama mərasimi iki şirkət və nəticə etibarı ilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir. “Duz Gölü” yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və SOCAR AQŞ  bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir".

Təntənəli mərasimdə çıxış edən SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev qeyd edib: "SOCAR AQŞ  bu vacib layihə üzrə China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. şirkəti ilə əməkdaşlıq etməyi yüksək qiymətləndirir. Müəssisəmiz bütün potensial və imkanlarını cəlb edərək biznes tərəfdaşlarımız və bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq çərçivəsində bu layihəni  müvəffəqiyyətlə yekunlaşdırmaq əzmindədir’’.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Abşeron Qazma Şirkətinin şirkətinin təsis etdiyi və kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ  Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparmaqdadır. Ukrayna və Banqladeşdə  müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirən şirkət Türkiyədə quruda qazma bazarında fəaliyyət göstərən ilk milli müəssisədir.  SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına  da öz töhfəsini verəcəkdir.

 

“Xalq qəzeti”

18 Oktyabr 2019 15:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə