Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Etna vulkanı püskürüb

Etna vulkanı püskürüb

İtaliyanın Siciliya adasında Etna vulkanı püskürüb. Bununla əlaqədar olaraq Kataniya əyalətində 3,3 bal gücündə zəlzələ də baş verib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri cümə günü seysmik fəallığın artmasını qeydə alıblar.

Yeraltı təkanlar 9 kilometr dərinlikdə qeydə alınıb. Etnanın püskürməsi ilə əlaqədar Kataniya hava limanının üzərində hava məkanı qismən bağlanıb. Aeroportda uçuş və enişlərin sayı məhdudlaşdırılıb.

Hər hansı bir fəsad və ya itki barədə məlumat verilməyib. Püskürmələr zamanı havaya böyük həcmdə vulkan külü və ərimiş şlak parçaları qalxıb.

Yeraltı təkanlar Milo, Dzafferana Etnea və Sant Alfio yaşayış məntəqələrində hiss olunub.

Qeyd edək ki, Etna Avropada ən yüksək fəal vulkandır. 2013-cü ilin iyununda Etna UNESKO-nun Ümumdünya irs obyektləri siyahısına daxil edilmişdir.

 

“Xalq qəzeti”

18 Oktyabr 2019 15:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə