Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli millətin düşmənidir

Əli Kərimli millətin düşmənidir

Bu sözləri vəfat etməmişdən əvvəl “ANS”ə müsahibəsində Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı, təşkilatçısı və ilk sədri Əbülfəz Elçibəy deyib.

Əbülfəz bəyin bu müsahibəsindən sonra Əli Kərimli tərəfdarları olan qadınlar “ANS”in müxbirinə hücum ediblər və bildiriblər ki, Əbülfəz Elçibəy kimdir ki, Əli Kərimli haqqında bu sözləri deyir.

Qeyd edək ki, Əbülfəz Elçibəy vəfat etdikdən sonra  AXC 4-5 yerə parçalandı. Azərbaycan dövlətinin hər bir  uğuru,hər bir  müvəffəqiyyəti həmişə “görkəmli hüquqşünas”, “millət fədaisi”, köhnə cəbhəkrat Əli Kərimlini və milli şuranı, onların əsas tribunaları olan “Osmanqızı TV”ni, “Meydan TV”ni, “Mühacir TV”ni lərzəyə salır. Radikal fikir və arzularla yaşayan , mitinq,aksiya,piket mərəzinə yoluxmuş AXCP sədri bar-bar bağıraraq insanları mitinqə çağırır. Özü isə bəzən heç orada iştirak etmir. 8 oktyabr piketi buna əyani sübutdur. Onun köməkçisi, “dünya şöhrətli” tarixçi, III qrup əlil, milli şuranın sədri Cəmil Həsənli isə ABŞ-da oturub  “Osmanqızı TV” ilə çağırışlar edərək xalqı mitinqə çağırır. İndiki iqtidarın əleyhinə böhtanlar, olmayan həqiqətlər söyləyir.

Cəmil Həsənli niyə mitinqlərdə iştirak etmir?! Əli Kərimlinin digər köməkçisi, Müsavat Partiyasında səsvermədə nokauta düşmüş Tofiq Yaqublu  da iqtidarın əleyhinə danışaraq xalqı mitinqə səsləyir. Yaxşı olardı ki, Tofiq Yaqublu bir az da Müsavat Partiyasında olan anti-demokratik  vəziyyətdən danışaydı.

Nəhayət, Azərbaycan dövlətinə və xalqına  düşmənçilik edən bu şəxsləri dəstəkləyən  “Osmanqızı TV”nin aparıcısı və rəhbəri olan Sevinc Osmanqızı hər çıxışında siyasi savadsızlığını büruzə verir. Azərbaycan haqqında həqiqətə uyğun olmayan hadisələr danışır. Ondan geri qalmayan, Azərbaycana siyasi aksiya yeritməkdə olan Qənimət Zahid də boğazını yırta-yırta, sözləri zorla tələffüs edə-edə dövlətimizin əleyhinə təbliğat aparır.

Bakıda olan böyük tədbirlər, dünyanın sivil ölkələrinin Azərbaycanla hərtərəfli əlaqələri genişləndirmək istəməsi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hər gün yüksələn reytinqi müxalifət düşərgəsini lərzəyə salır.

 

Qəzənfər QASIMOV,
"Xalq qəzeti”  

18 Oktyabr 2019 12:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə