Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergilər nazirinin müavini Hacıqabulda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Hacıqabulda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Sahib Ələkbərov oktyabrın 24-də Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 15) Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 17-22-də Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 Oktyabr 2019 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə