Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar

Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinin qalibləri müəyyənləşib.

Cüdo Federasiyasının təşəbbüsü ilə keçirilən turnirdə 200-dən çox idmançı mübarizə aparıb. İki gün davam edən yarışda oğlan və qız cüdoçular iki yaş qrupunda, doqquz çəki dərəcəsində yarışıblar.

15 yaşlı cüdoçular arasında komanda hesabında Abşeron idmançıları birinci olublar. Şabran cüdoçular ikinci, Siyəzən komandası isə üçüncü yerə çıxıb.

Qalib idmançılar medal və diplomlarla təltif olunublar. Yarışların zona mərhələsinin qalibləri ölkə çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 Oktyabr 2019 12:41 - İDMAN
İDMAN
22 Noyabr 2019 | 09:45
Skolariyə təklif göndərilib
20 Noyabr 2019 | 23:39
Mourinyo “Tottenhem”də

Köhnə versiyamızdan xəbərləri izlə