Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Brexit” reallaşmaq üzrədir

“Brexit” reallaşmaq üzrədir

Britaniya və Avropa Birliyi ölkənin qurumdan çıxması qaydaları haqda razılığa gəliblər.

BBC-nin verdiyi məlumata görə razılaşmaya əsasən, “Brexit” Britaniya xəzinəsinə 33 milyard funt sterlinqə (72 milyard manat) başa gələcək.

Razılaşma Britaniyanın Avropa Birliyindən ayrılması şərtlərini tənzimləyir, həmçinin əsas problem sayılan İrlandiya və Şimali İrlandiya arasında sərhədlərin şəffaflığına aydınlıq gətirir.

“İradə varsa razılıq da var! Bizdə var!”, - Avropa Komissiyasının sədri Jan-Klod Yunker razılaşmanı belə şərh edib.

Öz növbəsində Britaniyanın baş naziri Boris Conson sevincini gizlətməyib:

“Bizim əlimizdə əla yeni razılıq var. Bu bizə ölkə üzərində nəzarəti bərpa etməyə imkan verəcək”.

Bununla da söz Britaniya parlamentinə verilir: şənbə günü deputatlar növbədən kənar iclasa toplaşacaqlar.

 

“Xalq qəzeti”

18 Oktyabr 2019 12:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə