Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda vahid məktəbli forması olacaqmı?

Azərbaycanda vahid məktəbli forması olacaqmı?

"Respublika ərazisində vahid bir məktəbli forması tətbiq edilməyəcək".

Bu sözləri təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” sənədinə əsasən hər bir məktəbdə vahid formanın olması əks olunub: "Ancaq məktəbli formasının hansı formada olması ilə bağlı qərar məktəbin pedaqoji şurasının və valideynlər komitəsinin ortaq qərarı ilə müəyyənlışdiriləcək. Səmimi etiraf edək ki, hər məktəbin müxtəlif forma tərtib etməsi qarışıqlığa səbəb ola bilər. Bu səbəbdən də ölkə üzrə bir neçə dizaynda standartlara cavab verən formalar təklif olunacaq və məktəblər bu formalardan birini seçəcəklər".

Nazir qeyd edib ki, həmin formaların daha uyğun və keyfiyyətli olması gözlənilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Oktyabr 2019 11:57 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə