Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Oktyabrın 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qoşunların təmas xəttində – Ermənistan–Azərbaycan dövlət sərhədində, xüsusilə cəbhənin Qazax istiqamətində son vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

18 Oktyabr 2019 11:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə