Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nursultan Nazarbayevdən yeni təklif

Nursultan Nazarbayevdən yeni təklif

Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, hələ on il qabaq – 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana səfər etmiş türk dünyasının ağsaqqalı olan Nursultan Nazarbayev Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarının görüşündə təklif irəli sürmüşdü ki, bu müzakirələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü adı ilə mütəmadi olaraq keçirilsin.
Yəni bu il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü məhz Nursultan Nazarbayevin həmin təşəbbüsünün həyata keçirilməsinin nəticəsi idi. Bundan başqa, türk dünyasının inteqrasiya konsepsiyasının qəbul olunması da məhz onun Çolpan-Atada türk əməkdaşlıq təşkilatlarının islahatları barədə təkliflərinə cavab idi.
Maraqlıdır ki, Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri olan Nursultan Nazarbayev Naxçıvan görüşündə olduğu kimi, Bakı görüşündə də hamının razılıqla qarşıladığı təkliflərlə çıxış etdi. Prezident səlahiyyətlərini yeni nəslə verən və Bakıya Qazaxıstanın ilk Prezidenti, elbası kimi gələn, Qazaxıstana 30 ilə yaxın rəhbərlik edən Nursultan Nazarbayev qeyd etdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltmək olar: “Beləliklə, əgər bizim şuramız təşkilata çevrilsə, bizim qurumumuzu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı adlandırmaq olar. Biz bilirik ki, vahid köklərə malikik, amma ötən əsrlər ərzində, ötən dövr ərzində bizim ölkələrimiz öz yollarını dəyişiblər. Köklərimiz eynidir, türk dövlətləri adlandırmalıyıq”.
Bundan başqa, qazax xalqının müdrik rəhbəri təklif etdi ki, “Türk baxışı 2040” proqramını hazırlamaq lazımdır: “Bu proqramda türkdilli birliyin uzunmüddətli məqsədləri və onlara nail olmaq yolları əksini tapmalıdır. Beləliklə, biz xalqlarımıza göstərilən dövr üçün türk inteqrasiyasının təxmini obrazının cizgilərini təqdim edərik. Bununla da biz, həmçinin xarici siyasət və ticarətin yumşaq gücü, tranzit və turizm, investisiya, energetika, “yaşıl” iqtisadiyyat, kiçik və orta biznes kimi prioritet sahələrdə ölkələrin qarşılıqlı fəaliyyətinə yeni impuls verərik”. 

 

Telman HAQVERDİYEV, 
ADPU-nun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru

18 Oktyabr 2019 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə