Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kür çayının Neftçala rayonundan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənib

Kür çayının Neftçala rayonundan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənib

14-15 oktyabr tarixlərində Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib. Aksiyalarımız digər su hövzələrində də davam etdirilir. Bunu jurnalistlərə ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli deyib.

“Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə  dəstək verməyə,  su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar.

İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

 

Hazırladı:
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

17 Oktyabr 2019 17:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə