Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəməşq yaxınlığında yeni şəhər salınır

Dəməşq yaxınlığında yeni şəhər salınır

Suriya hökuməti paytaxt Dəməşqin yaxınlığında yeni şəhər salır. Bu şəhərdə 15 min nəfər əhali yaşayacaq.

Hazırda yeni salınan şəhərdə çoxmənzilli binalar tikilir. Mənzillər ilk növbədə gənc ailələrə və Suriyadakı hərbi əməliyyatlar nəticəsində evləri dağılan adamlara veriləcək. Dövlət ipoteka yolu ilə ev alanlara da kredit ayıracaq.

Yeni şəhərdə məktəblər, uşaq bağçaları, poliklinika və xəstəxana da inşa edilir.

Yeni şəhərin salınmasında Rusiya şirkətləri yaxından iştirak edir. Rusiyadan Suriyaya inşaat texnikası göndərilir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

17 Oktyabr 2019 17:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə