Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hakimiyyət müxalifətə icazə verir, müxalifət isə naz edir

Hakimiyyət müxalifətə icazə verir, müxalifət isə naz edir

Bakı Şəhər İcra Hakimiyyəti AXCP və milli şuraya mitinq keçirmək üçün Lökbatanda yer ayırıb. Lakin “görkəmli hüquqşünas”, “millət fədaisi”, “xalq üçün nəinki malından, hətta canından belə keçməyə hazır olan”, köhnə cəbhəkrat, AXCP sədri Əli Kərimli buna razı olmur. O , “Osmanqızı TV” ilə bar-bar bağıraraq mitinq üçün metronun “28 May” stansiyasının qarşısındakı meydanı tələb edir. Nə üçün? Əvvəla , mərkəzdə heç mitinqə 2 min adam gəlmir, Lökbatandakı mitinqə isə 100 adam gələ, ya gəlməyə. İkincisi, Lökbatanda mitinq keçirilsə Əli Kərimli öz “dahiyanə” radikal planlarını həyata keçirə bilməyəcək. Yəni sabitliyi pozub iğtişaş yarada bilməyəcək. Şəhərin mərkəzində isə sabitliyi asanlıqla pozub, iğtişaş yaratmağı düşünən Əli Kərimli bilmir ki, ölkəmizdə sabitliyi pozmaq , iğtişaş yaratmaq qeyri-mümkündür.

Müxalifətin, xüsusilə Əli Kərimlinin keçirdiyi bütün mitinq, aksiya və piketlərdə ölkədə siyasi sabitliyi pozmaq, iğtişaş yaratmaq olsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyiblər. Nəticədə əzilən,döyülən kütlə olub. Onları qızışdıran Əli Kərimlilərin ,Cəmil Həsənlilərin heç burunları da qanamayıb.

Əli Kərimlinin mitinqində iştirak edən kimlərdir: zorən müxalifətçilər, cinayətkarlar, dövlət əmlakına, xalq malına acgözlük edib hökumət tərəfindən cəzalandırılanlar. “AXC-Müsavat” hakimiyyətini görməyən gənclər, Əli Kərimli, Cəmil Həsənlinin qohum-əqrabaları.

Əli Kərimli utanmaz-utanmaz sosial şəbəkələr vasitəsilə, xüsusilə “Osmanqızı TV” ilə xalqa çağırış edərək qanunun aliliyini pozur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, xalq adından yalnız ölkə Prezidenti danışa bilər.

Bundan əlavə, mitinqdə milli şuranın sədri,”dünya şöhrətli” tarixçi, III qrup əlil Cəmil Həsənli iştirak etməyəcək. O , 8 oktyabr aksiyasında da iştirak etməmişdi. Cəmil Həsənli  ABŞ-da öz ağalarından və anti-azərbaycan qüvvələrdən Azərbaycan dövlətini dəyişmək, siyasi sabitliyi pozmaq  üçün dərs alır. Əli Kərimlinin sözlərinə görə, plan hazır olan kimi  onu Azərbaycandakı müxalifətçilərə göndərəcək.

Xatırladaq ki, Cəmil Həsənli milli şuranın sədri olsa da,ona rəhbərliyi Əli Kərimli edir.   

Nəhayət, “AXC-Müsavat” hakimiyyəti Azərbaycanı uçuruma yuvarladarkən ümummilli lider , dahi rəhbər Heydər Əliyev dövləti və xalqı uçurumdan xilas etdi. Əli Kərimli yenə də xalqı uçuruma aparmaq istəyir. Xalq isə buna razı olmayacaq.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

17 Oktyabr 2019 17:03 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə