Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub

Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub

Heç kim inanmırdı, ata, ana da inanmamağa başladı. Amma biz inandıq!

Mərkəzi Gömrük Hospitalına 06.10.2019-cu il tarixində anadangəlmə ürək qüsuru ilə qəbul edilən 4 aylıq körpə, pediatrik kardioloq Nəsimi Cabbarov  tərəfindən müayinə edilərək, böyük arteriyaların transpozisiyası (TGA) diaqnozu təsbit edilmişdir. Böyük arteriyaların transpozisiyası diaqnozu yeni doğulmuşlar arasında ikinci ən çox rast gəlinən anadangəlmə ürək qüsurudur. Bu diaqnozla dünyaya gələn körpələrin 90 faizi üç ayına qədər əməliyyat olunmazsa, həyatlarını itirirlər. Qeyd edək ki, körpənin gecikmiş bir vəziyyətdə olmasına baxmayaraq, “arterial switch” əməliyyatı planlaşdırılaraq, oktyabrın 7-də uğurla icra olundu. Əməliyyat ürək-damar cərrahı, t.e.d Rəşad Mahmudov və uşaq kardiocərrahları tərəfindən həyata keçirildi. Təhlükəli əməliyyat olmasına baxmayaraq, cərrahlarımızın yüksək peşəkarlığı, inamı və əməyi sayəsində istənilən nəticə əldə edildi. 1 həftə reanimasiyon təqibdə saxlanıldıqdan sonra, balaca qəhrəmanımız  sağlamlığına qovuşaraq, evə yola salındı. Hal-hazırda körpənin vəziyyəti yaxşıdır və normal uşaqlar kimi həyatına davam edəcəkdir.

 

Dilarə Zamanova,
Planlaşdırma və Marketinq şöbəsi
PR üzrə mütəxəssis

17 Oktyabr 2019 16:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə