Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Klub böyük transferlərə hazırlaşır

Klub böyük transferlərə hazırlaşır

Kriştiano Ronaldonun “Yuventus”a keçidindən sonra uzun müddətdir heyətinə ulduz futbolçu cəlb etməyən “Real” Madrid gələn yay böyük transferlərə hazırlaşır.
372 milyon avroluq büdcə formalaşdırmağı bacaran “kral klubu” Ronaldonun gedişindən sonra azalan azarkeşlərini yenidən stadiona qaytarmaq niyyətindədir. Bunun üçün ulduz futbolçu transferi planlaşdıran “Real”ın ilk hədəfi “Çelsi”nin belçikalı futbolçusu Eden Hazard olacaq. Eyni zamanda, “İnter”dən Mauro İkardi, “Atletiko”dan Antuan Qrizmann da Madrid klubunun transfer siyahısında yer alır.
Bu il Çempionlar Liqasından qazanacağı pullarla birlikdə büdcəsini 430 milyon avroya çatdırmağı planlaşdıran “Real”, bu büdcə ilə hər üç futbolçunu heyətinə qatmağa çalışacaq.
Xəbəri “Goal.com” yayıb.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

15 2018 23:20 - İDMAN
İDMAN
16 Aprel 2019 | 22:37
Kavanini kim əvəzləyəcək?
15 Aprel 2019 | 22:33
Vaxtından əvvəl çempion
11 Aprel 2019 | 23:01
Niquez diqqət mərkəzindədir

Ən son xəbərləri səhifəmizdən də izləyin