Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beş min şəmkirli gənc “Müstəqilliyimiz əbədidir” dedi

Beş min şəmkirli gənc “Müstəqilliyimiz əbədidir” dedi

Şəmkirdə 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Bu münasibətlə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi möhtəşəm bir yürüş keçirilib. Şəhərin müxtəlif istiqamətlərindən gələn 5 minə yaxın gənc Ulu Öndər Heydər Əliyevin abidəsi önündə toplaşararaq Bayraq Meydanına yürüş edib.

Yürüş iştirakçıları “Müstəqilliyimiz əbədidir, dönməzdir”, “Yaşasın müstəqil Azərbaycan” , “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarları ilə 3 kilometr məsafə qət edərək Dövlət bayrağı meydanına gəlmişlər.

Onlar meydanda “Müstəqilliyimiz əbədidir” şüarını özündə əks etdirən flaşmob nümatiş etdiriblər.

Tədbir musiqili proqramla davam etdirilib.

 

Hamlet Qasımov,
Xalq qəzeti”nin bölgə müxbiri

17 Oktyabr 2019 15:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə