Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Otello əfsanəsi" tamaşası nümayiş olunub

“Otello əfsanəsi

Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun SABAH qruplarının tələbələrinin ifasında U.Şekspirin əsəri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası nümayiş olunub.

Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.

Qeyd edək ki, “Otello əfsanəsi” Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” adlı festivalda “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub. ADMİU SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri dosent Fikrət Məlikovdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Oktyabr 2019 14:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə