Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa və Almaniya silah ixracı üzərində nəzarət haqqında saziş imzalayıblar

Fransa və Almaniya silah ixracı üzərində nəzarət haqqında saziş imzalayıblar

Tuluza şəhərində keçirilən hökumətlərarası müşavirənin yekunları üzrə Fransa liderinin administrasiyasının yaydığı bəyanatda deyilir ki, Fransa və Almaniya silah ixracı üzərində nəzarət haqqında saziş imzalayıblar.

Bəyanatda bildirilir: "Fransa və Almaniya birgə layihələr üçün silah ixracı üzərində nəzarət haqqında hüquqi cəhətdən məcburedici saziş imzalayıblar və gələcəyin tankı və döyüş təyyarəsinin birgə layihələşdirilməsi üçün ciddi maneəni aradan qaldırıblar. Silah ixracı barədə saziş Fransa və Almaniya arasında qarşılıqlı etimadı möhkəmləndirir".

Tərəflər imzalanmış sazişi “birgə layihələrin uğur şərti” adlandırmışlar.

Qeyd edək ki, hələ 2017-ci ildə Fransa və Almaniya yeni təyyarə layihəsi hazırlamaq niyyətində olduqlarını bəyan etmişdilər. 2018-ci ilin əvvəlində “Gələcəyin hava döyüş sistemi” layihəsinin hazırlanmasına rəsmi start verilib.

Təyyarənin texniki göstəriciləri açıqlanmır. Niyyət protokoluna görə təyyarə “hava-hava”, “hava-Yer” kateqoriyasından bütün tələblərə cavab verməli, görünməzlik texnologiyası ilə təchiz edilməli, aviadaşıyan gəmilərdən qalxıb-enməyə qabil olmalı, NATO və Avropa İttifaqı ölkələrinin ordu sistemlərinə inteqrasiya olunmalıdır.  

 

“Xalq qəzeti”

17 Oktyabr 2019 13:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə