Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU əməkdaşlarının əmək haqları 20 faiz artırıldı

ADNSU əməkdaşlarının əmək haqları 20 faiz artırıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarının əmək haqları ortalama 20 faiz artırılıb. Bu barədə qərar ADNSU-nun Elmi Şurasının 16 oktyabr 2019-cu il tarixində keçrilmiş iclasında qəbul olunub.

Əmək haqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı artırılıb.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

17 Oktyabr 2019 12:54 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə