Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-nun startap layihəsi Ukraynada festivalda nümayiş olunub

ADNSU-nun startap layihəsi Ukraynada festivalda nümayiş olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi "Sikorski Çellenc" (Sikorsky Challenge) startap festivalında iştirak edib. Bu məqsədlə Ukraynaya səfər etmiş universitetin nümayəndə heyəti oktyabr ayının 7-dən 10-a qədər keçirilən festivalda ADNSU-nun "Eazi Start" Startap və İnnovasiya Mərkəzinin "Healwith" layihəsini nümayiş etdirib, innovativ proqram barəsində juri heyəti və qonaqlara məlumat verilib.

Uğurlu təqdimatdan sonra bir sıra əcnəbi şirkət nümayəndələri və investorlar layihə ilə yaxından maraqlanmış, yaxın gələcəkdə birgə layihələrlə bağlı konkret təkliflər irəli sürəcəklərini bildirmişlər. 

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

17 Oktyabr 2019 12:52 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə