Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bişkekdə diabet xəstələrinin insulindən istifadəsinə dair regional müşavirə

Bişkekdə diabet xəstələrinin insulindən istifadəsinə dair regional müşavirə

Qırğızıstan paytaxtı Bişkekdə 14-15 oktyabr 2019-cu il tarixdə “İnsulinə əlçatanlığın təmin olunması” mövzusu üzrə regional müşavirə keçirilib.

Müşavirə Qırğızıstan Repsublikasının Səhiyyə Nazirliyi, dünyanı təhlükəsiz, effektiv və əlverişli dərmanlarla təmin olunmasında araşdırma və təbliğat işlərini aparan HAİ (Health Action International) təşkilatı, Səhiyyə Siyasətinin Təhlili Mərkəzi ilə birgə əməkdaşlıqla diabetin müalicəsi üçün insulinə artan qlobal ehtiyacın həlli, problemlər və məhdudiyyətlərin aradan qaldırılması ilə məşğul olan ACCISS layihəsi əsasında həyata keçirilib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi, endokrinologiyanın kuratoru Aynur Zeynalova, Respublika Endokrinokogiya İnstitutunun direktor müavini Babək Salek, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin mütəxəssisi Nigar Mehdiyeva, Respublika Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova müşavirədə iştrak ediblər.

Müşavirədə bildirilib ki, dünyada 100 milyona yaxın insan insulinə ehtiyac duyur, lakin onlardan yarıdan çoxu bu dərmanı almaqda və ya əldə etməkdə çətinlik çəkir. İnsulinə ehtiyacı olan diabet xəstələrinin dərmana əlçatanlığını təmin etmək, keyfiyyətli dərman tədarükünün həyata keçirilməsində qeyri-bərabərliyi və əngəlləri aradan qaldırmaq, iştrakçı ölkələrin təcrübələrini dinləyərək milli və qlobal səviyyədə insulinin istifadəsi, müalicə və xərclərində mövcud problemləri aradan qaldıraraq sağlam siyasəti müəyyən etmək müşavirənin əsas məqsədi olub.

Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF nümayəndələrinin və ABŞ, İngiltərə, Fransa, Rusiya, Ukrayna, Belorus, Özbəkistan, Moldova, Niderland, İsveçrə, Mozambik, Mali, Peru, Tanzaniya və digər ölkələrin ekpertlərinin iştrakı ilə keçirilən müşavirənin birinci günü diabet xəstəliyi üzrə regionlarda mövcud olan ümumi vəziyyətlə tanışlıq olub. İkinci gün nümayəndələr ölkələrində diabet xəstəliyinin müalicə və profilaktikasının aparılmasında istifadə edilən klinik-rəhbər vəsaitlər barədə və mövcud problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Yekunda iki gün ərzinə aparılan müzakirələrin və nəticələrin analizi həyata keçirilib, bu istiqamətdə gələcək planlarla bağlı fikirlər dinlənilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Oktyabr 2019 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə