Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ürək çatışmazlığının müalicəsində yeniliklər

Ürək çatışmazlığının müalicəsində yeniliklər

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının ürək-damar mərkəzinin təşkilatçılığı ilə “Ürək çatışmazlığının müalicəsində yeniliklər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda tibb üzrə fəlsəfə doktoru Qalib İmanov “Xroniki ürək çatışmazlığının müalicəsində paradiqma dəyişir” mövzusunda məruzə ilə çıxış edərək ürək çatışmazlığı olan xəstələrin müalicəsində yeni tətbiq olunan dərman preparatlarının əhəmiyyətindən danışıb.

Tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın “Ən son tədqiqatların ürək xəstələrində istifadə təcrübəsi” və İsmayıl Göyüşovun “Ürək çatışmazlığı xəstələrində aritmiya problemləri və onların həlli yolları” mövzusunda məruzələri dinlənilib.

Müzakirələr zamanı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun professoru Rufulla Abdullayev ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmanın vacibliyini qeyd edərək gənc mütəxəssislərə öz tövsiyələrini verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Oktyabr 2019 12:40 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə