Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfrans

Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfrans

“Dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur. Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur”. Bu fikirləri ATU-nun rektoru professor Gəray Gəraybəyli azərbaycanlı mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri Ümümdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfransdakı çıxışında bildirib.

Professor deyib ki, Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var. Əsas diqqət intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. 

Bildirilib ki, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırlmalıdır. Eyni zamanda psixi pozuntuları, o cümlədən, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, əlbəttə, diqqət mərkəzində olmalıdır.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov çıxış edərək, insan sağlamlığının iki hissədən—birinci, onun psixi sematik sağlamlığı, ikinci isə onun mental sağlamlığından ibarət olduğunu dedi. Psixi sağlamlıqda bir çox amillər- insanın sosial rifahı, problemləri rol oynayır. Psixi sağlamlıq insanların cəmiyyətdə davranışına, digər insanlarla ünsiyyətinə ümumiyyətlə bütün insanların qarşlıqlı münasibətinə təsir göstərir. Nəticə etibarilə bu məsələ cəmiyyət və dövlət səviyyəsinə qalxır.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev məktəblilər arasında mövzu ilə əlaqəli keçirilən sorğunun nəticələrini açıqlayıb: "Rəyi soruşulan uşaqların təxminən 5 faizi mübahisələrin və zorakılığın şahidi olur. 32 faizi son bir ildə ən azı bir dəfə həmyaşıdları ilə mübahisə yaşayır. 14 faizi ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edirlər. Buna kiberbulinq deyilir. Ümumilikdə respondentlərin 2 faizi 12 ay ərzində intihar cəhdi barədə ciddi şəkildə düşünüb".

ÜST-nin Azərbaycan üzrə rəhbəri Hande Hermancı ölümlərin əsas 2-ci səbəbinin intiharlar olduğunu, UNICEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin psixi çətinliklərlə üzləşən uşaqlar və gənclərlə problemləri və onlarla bağlı müvafiq həllərin görülməsinın vacibliyini deyib.

Çıxışlarda Azərbaycanda psixi sağlamlığın müdafiəsi baxımından görülən tədirlər, planlaşdırılan addımlar haqqında məlumat verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Oktyabr 2019 12:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə