Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ixtisaslaşdırılmış kurslar davam edir

Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ixtisaslaşdırılmış kurslar davam edir

85 saylı Şamaxı seçki dairəsində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. Kurslara dairə seçki komissiyasının əhatə etdiyi 63 seçki məntəqəsinin sədrləri və dairə seçki komissiyasının üzvləri qatılıb.
Kursun ikinci günündə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri mövzusunda rayon polis idarəsinin rəisi Şahin Mirzəyev çıxış edib,  iştirakçıların maraqlandıqları məsələlər barədə ətraflı məlumat verib. 
Dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbov bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili mövzusunda çıxış edib, kurs iştirakçılarına seçki qanununun tələbləri baxımından ətraflı bilgilər verib, onları maraqandıran sualları  cavablandırıb. 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı MSK tərəfindən keçirilən üçgünlük kurslar dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.

 

AZƏRTAC 

16 Oktyabr 2019 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə