Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib

Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib

Xəbər verildiyi kimi, Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirir.
Assambleyanın “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov bu mövzunun dünya birliyi üçün çox aktual və əhəmiyyətli olduğunu qeyd edib. O, istənilən qlobal və regional miqyaslı məsələnin həllində beynəlxalq hüququn dövlətlər, hökumətlərarası və parlamentlərarası təşkilatlar üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Bununla yanaşı, firavan dünyanın qurulmasının və inkişafının təməlində beynəlxalq hüququn əsaslandığı dövlətlərin suveren bərabərliyi, dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, insan hüquq və əsas azadlıqlarının qorunması və sair kimi universal prinsiplərin durduğu qeyd edilib. 
Hazırda beynəlxalq hüququn böhran içində olduğunu təəssüf hissi ilə qeyd edən deputatımız bəzi dövlətlərin əməllərinin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn universal prinsiplərinə zidd olduğunu, həmin təşkilatın Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin illər ərzində yerinə yetirilmədiyini bildirib. 
Çıxışın sonunda Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycan nümayəndə heyəti adından Parlamentlərarası İttifaqa və orada dünya dövlətlərini təmsil edən bütün parlamentarilərə müraciət edərək Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı gücləndirməyə, təşkilatın qərar və qətnamələrinin icrası mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verməyə çağırıb.

 

AZƏRTAC

16 Oktyabr 2019 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə