Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqton və Seul danışıqlar aparacaq

Vaşinqton və Seul danışıqlar aparacaq

 Rəsmi Vaşinqton və Seul gələn həftə Cənubi Koreyadakı ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərclərinin müəyyən edilməsinə dair növbəti dəfə danışıqlar aparacaq.
Bu barədə “Yonhap” agentliyi diplomatik mənbələrə istinadla xəbər yayıb. Danışıqların Havay adalarında təşkil olunacağı güman edilir. Cənubi Koreya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, hazırda danışıqların dəqiq vaxtı ilə bağlı son müzakirələr aparılır.
Qeyd edək ki, bu, müttəfiqlərin ABŞ qoşunlarının saxlanması xərcləri ilə bağlı ikinci görüşü olacaq. Ötən ay keçirilən ilk görüşdə Birləşmiş Ştatların 28 min 500 nəfər şəxsi heyəti olan hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair konkret nəticə əldə edilməyib. ABŞ tərəfi rəsmi Seuldan bu məqsəd üçün daha çox vəsait ayırmasını istəyir. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanlar daxilində və ədalətli şəkildə çoxalda biləcəyini bəyan edib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti” 

16 Oktyabr 2019 21:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə