Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Al-Sani: Rəsmi Doha “Sülh çeşməsi” əməliyyatını dəstəkləyir

Al-Sani: Rəsmi Doha “Sülh çeşməsi” əməliyyatını dəstəkləyir

Qətərin xarici siyasət idarəsinin rəhbəri Şeyx Məhəmməd bin Əbdürrəhman al-Sani ölkəsinin Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatını tam dəstəklədiyini bəyan edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Xarici işlər naziri bu günlərdə paytaxt Dohada keçirilən qlobal təhlükəsizlik forumundakı çıxışında deyib: “PKK terrorçularının silah-sursat ilə təchiz olunması, İŞİD yaraqlılarına qarşı mübarizə apardıqları bəhanəsi ilə onların hərbi təlimatlandırılması Türkiyə dövlətinin təhlükəsizliyinə ciddi təhdiddir. Biz Türkiyəni öz milli təhlükəsizliyinin təmin etməsi məqsədi ilə apardığı antiterror əməliyyatına görə günahlandıra bilmərik”. 
Natiq sonra vurğulayıb ki, rəsmi Ankara dəfələrlə münaqişəyə cəlb olunan bir sıra böyük dövlətləri PKK terrorçularını silahlandırmalarına son qoymağa çağırıb. Lakin bu çağırışlara məhəl qoyulmayıb. Türkiyə, həqiqətən gözləyə bilməz ki, terror onun öz ərazisinə yayılaraq milli təhlükəsizliyini təhdid etsin. Bu mənada Türkiyənin başqa çıxış yolu yoxdur. 
Bu arada Türkiyə Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, “Sülh çeşməsi” antiterror əməliyyatı nəticəsində bugünədək 650-yə yaxın PKK/YPG yaraqlısı zərərsizləşdirilib. Təəssüf ki, dünən Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrində təmsil olunan hərbçilərdən də ikisi şəhid olub və yeddisi yaralanıb.
Xəbər verilir ki, Münbiç bölgəsindəki hadisə terrorçuların türk hərbçilərinin toplardan və raketlərdən atəşə tutulması nəticəsində baş verib. Nazirlik şəhidlərin ailələrinə başsağlığı verib.

M.HACIXANLI, “Xalq qəzeti”

16 Oktyabr 2019 21:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə