Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Debatların dördüncü turu keçirilib

Debatların dördüncü turu keçirilib

RİA “Novosti”nin yaydığı xəbərə görə, ABŞ prezidentliyi postuna Demokratlar Partiyasından olan namizədlər arasında seçkiqabağı debatların dördüncü turu keçirilib.
Ohayo ştatının Uestervill şəhərində keçirilən debatlarda bu vəzifəyə 12 iddiaçı, o cümlədən ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden, senatorlar Berni Sanders, Elizabet Uorren, Kori Buker, Kamala Harris, Emi Klobuşar, Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Nümayəndələr Palatasının sabiq üzvü Beto O’Rurk, Obama administrasiyasında sabiq mənzil inşaatı naziri Xulian Kastro, İndiana ştatındakı Saut Bend şəhərinin meri Pitt Butticiç, milyarder və xeyriyyəçi Tom Steyer və biznesmen Endrü Yanq iştirak ediblər. 
Bildirilir ki, Demokratlar Partiyasının təmsilçiləri 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə Donald Trampla mübarizə aparacaq özlərinin namizədini seçməlidir. Debatlarda Demokratlar Partiyasından prezidentliyə namizəd olan iddiaçılar arasında indiyədək Co Bayden liderdir. İctimai rəyə əsasən, Uorren demək olar ki, ona çatıb. Demokratik debatların beşinci raundu bu il noyabrın 20-də Corciya ştatında təşkil olunacaq. Bu turu keçməkdən ötrü iddiaçılar 20 müxtəlif ştatdan, ərazidən və Kolumbiya dairəsindən azı 165 min insandan maliyyə yardımı toplamağı bacarmalıdır.
Demokratlar arasından namizədin müəyyən edilməsi üçün keçirilən, praymeriz adlandırılan ilk demokratik partiyadaxili seçkilər fevralın 3-də Ayova ştatında təşkil olunacaq.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

16 Oktyabr 2019 21:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə