Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nüvə müharibəsi riskləri artır

Nüvə müharibəsi riskləri artır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini İzumi Nakamitsu “Kommersant”a müsahibəsində bildirib  ki, hazırda dünyada nüvə müharibəsinin riskləri artır. 
İ. Nakamitsu qeyd edib ki, mövcud vəziyyət təhlükəli hala gəlib: “Bunun üçün isə bir çox səbəblər mövcuddur. Bunlar  ölkələr arasında etimadın, dialoqun olmaması, elmin və yeni texnologiyaların sürətli inkişafıdır”, – deyə Baş katibin müavini bildirib.
İ.Nakamitsu dövlətlər, o cümlədən nüvə silahına sahib olan güclər arasında etimadın ciddi şəkildə pozulmasına təəssüfləndiyini qeyd edib. O, həmçinin bu istiqamətdə dialoqun olmamasının da mənfi bir hal olduğunu bildirib. Baş katibin müavini qeyd edib ki, hazırda güclü dövlətlər hərbi imkanları diplomatiya, danışıqlar və dialoqdan daha çox dəyərləndirməyə başlayıblar.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə də kəskin ritorikaya çevrilən ümumi bir pisləşmə mövcuddur: “Acınacaqlı vəziyyət gözümüzün qarşısında inkişaf edir”, – deyə BMT rəsmisi əlavə edib. 

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

16 Oktyabr 2019 21:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə