Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli niyə özündən danışmır?!

Əli Kərimli niyə özündən danışmır?!

“AXC-Müsavat” hakimiyyəti dövründə sərbəst toplaşmaq azadlığı haqqında qanunu tapdalayan, seçki islahatına yol verməyən, insanların hüququnu pozan, Qarabağ haqqında fikirləşməyən, jurnalistləri döydürən, insanları təhqir edən “görkəmli hüquqşünas”, “millət fədaisi”, AXCP sədri Əli Kərimli indi, demokratiyadan, insan haqlarından, seçki islahatlarından və sairədən danışır.

“OSMANQIZI TV”yə verdiyi müsahibədə aksiyaya gəlməyən Əli Kərimli 8 oktyabr aksiyasından danışaraq bildirir ki, belə,etdik,elə etdik... Halbuki bu aksiyada nə Əli Kərimli, nə də “dünya şöhrətli” tarixçi,III qrup əlil Cəmil Həsənli iştirak etmişdi.

Əli Kərimli qanunların aliliyindən  danışaraq özü qanunu pozur.  Azərbaycan Konstitusiyasına görə, xalq adından yalnız ölkə Prezidenti danışa bilər. İkincisi , xalqı yürüşə dəvət edib, dövlət əleyhinə şüarlar səsləndirmək və özü orada iştirak etməmək daha bir cinayətdir. Üçüncüsü, ölkəmizdə azad,ədalətli,şəffaf, demokratik seçkilər keçirildiyi təqdirdə cəbhəkrat hansı seçki islahatından danışır. Dördüncüsü, rəqəmlərin şişirdilməsi. Yanvarın 19-da müxalifətin keçirdiyi mitinqə cəmi 2500 nəfər gəlmişdi. Əli Kərimli isə bu rəqəmi 10-15 minə çatdırır.

Artıq xalq da anlayır ki, Əli Kərimli onlardan bir siyasi alət kimi istifadə edir. Pul verilərək aksiyaya  dəstək üçün dəvət edilmiş Pərvanə Əhmədova bildirdi ki, onu rahat buraxsınlar, ondan müxalifət siyasi alət  kimi istifadə etməsinlər.

“OSMANQIZI TV”nin rəhbəri və aparıcısı, siyasi savadsızlığı və səviyyəsizliyi ilə seçilən Sevinc Osmanqızı isə Əli Kərimli kimilərini nəinki dəstəkləyir, hətta onları az qala “xalq qəhrəmanı” adlandırır.

Müsavat başqanlığında “nokauta” düşmüş Tofiq Yaqublu isə demokratiyadan bol-bol danışır. Tofiq Yaqublu belə demokratiya carçısıdırsa, elə Müsavatda demokratiyanı bərpa etsin.

“BBC News”ə müsahibə verən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə bildirir ki, radikal müxalifət yoxdur, radikal iqtidar var. İsa Qəmbər iqtidarın radikalığını harada görüb? Onun sözlərinə qüvvət olaraq bildiririk ki, Azərbaycanda “AXC-Müsavat” hakimiyyəti radikal  iqtidar idi və ona görə də tənəzzülə uğradı.

Nəhayət, müxalifətçilər mitinq, aksiya, piket  mərəzinə elə yoluxublar ki, onlar bu azardan yaxa qurtara bilmirlər. Xalqı isə uçuruma aparırlar.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti” 

16 Oktyabr 2019 17:04 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə