Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin peşəkarlıq səviyyəsi yoxlanılıb

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin peşəkarlıq səviyyəsi yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda komandirlərin ideoloji iş və mənəvi-psixoloji təminat, şəxsi heyətlə iş üzrə müavinlər və psixoloqların toplantısı keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Toplantıda zabitlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədləri bilmələri üzrə testlər, fiziki hazırlıqdan məqbullar qəbul edilib, eləcə də döyüş və gündəlik fəaliyyətdə mənəvi-psixoloji təminatın təşkili və aparılmasına dair təlim-metodiki məşğələlər keçirilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 Oktyabr 2019 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə