Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Başqırdıstan qızları” qəzeti Azərbaycandan yazıb

“Başqırdıstan qızları” qəzeti Azərbaycandan yazıb

Başqırdıstanın dəyərli ziyalısı,  "Başqırdıstan qızları" qəzetinin rəhbəri Gülnaz xanım Kotoyeva bir müddət öncə Milli Məclisin deputatı Qənirə Paşayevanın dəvətilə Bakıda olmuşdur. Geniş şəkildə ölkəmizlə, şəhərimizlə tanış olmuş, Qarabağ həqiqətlərini yerində görüb məlumatlarını zənginləşdirmişdir.

Gülnaz Kotoyeva həmişə öz qəzetində Azərbaycana geniş yer verən silsilə yazılarla çıxış edir. O silsilə yazılardan biri də bu günlərdə çapdan çıxıb.      

Naftalan, Gəncə, Bakıya həsr etdiyi məqalədə Azərbaycana sevgisi ifadə olunub. Burada gördüyü hadisələr, iştirak etdiyi görüşlər, ədəbi-mədəni toplantılardan söz açan Gülnaz xanım həm də dahi Nizami Gəncəvidən bu yana yazıb yaradan ədiblərimizin yaradıcılığından söz açıb. M.Füzuli, M.F.Axundov, M.P.Vaqif, X.Natavan, C.Cabbarlı və digər klassiklərimizi xatırlayıb.

Qeyd edək ki, bu məlumatı Milli Məclisin deputatı Qənirə Paşayeva feysbuk səhifəsində paylaşaraq, məqalə müəllifinə Azərbaycana sevgisi və diqqətindən dolayı çox təşəkkür etdiyini bildirir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Oktyabr 2019 15:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə