Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-sentyabr aylarında 58,46 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur

Yanvar-sentyabr aylarında 58,46 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur

2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artmışdır.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3 faiz, sənayedə 2,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 faiz, digər xidmət sahələrində 2,2 faiz artmış, tikintidə isə 5,6 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 5910,1 manata bərabər olmuşdur.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

16 Oktyabr 2019 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə