Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR: Neft Daşlarında 570 aktiv quyu mövcuddur

SOCAR: Neft Daşlarında 570 aktiv quyu mövcuddur

SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransında bildirib ki, bu gün Neft Daşları yatağında 570 aktiv quyu mövcuddur.

Vitse-prezident qeyd edib ki,  bu gün yatağın ərazisinin 340 kilometri istifadə olunur və burada 58 fəal sahə, 14 produktiv üfüq var.

Y.Lətifovun sözlərinə görə, Neft Daşlarının istismar tarixində 175 milyon ton neft istehsal olunub və indi bərpa 50 faizə bərabərdir: “10 milyon ton həcmində ehtiyatlar qalır. Geoloji ehtiyatlar da 10 milyon ton təşkil edir”.

 

“Xalq qəzeti”

16 Oktyabr 2019 12:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə