Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub

Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub

Rusiyalı ekspert,  Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bildirib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin MDB rəhbərlərinin sammitində toxunduğu nasist cinayətkarların, xüsusilə də Qaregin Njdenin heykəli nümunəsində qəhrəmanlaşdırılması problemi çox aktual və əsaslıdır.

Dmitri Solonnikov qeyd edib ki,  Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub: “Nasist Almaniyası ilə fəal əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəl qoyulması dövlət səviyyəsində keçirilib, onun xatirəsinin yaşadılması da bilavasitə Ermənistan Respublikası tərəfindən dəstəklənir. Hər bir xalq anacağı, fəxr edəcəyi qəhrəmanı özü seçir. Amma ən vacibi odur ki, ölkənin obrazının və qonşuların münasibətinin necə olacağı bu seçimdən asılıdır. Ona görə hər bir xalq öz seçimini edəndə ciddi düşünməlidir.

Postsovet məkanında Böyük Vətən müharibəsinin iştirakçılarına münasibət birmənalı deyil. Baltikyanı ölkələrin radikal mövqeyini qeyd etmək olar. Bu ölkələrdə SS qoşunlarının qələbələri qeyd olunur, sovet ordusunun qələbə günləri isə matəm hesab edilir. Analoji hal son illərdə Ermənistanda da müşahidə olunur”.

 

“Xalq qəzeti”

16 Oktyabr 2019 12:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə