Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin Ərdoğanı Rusiyaya dəvət etdi

Putin Ərdoğanı Rusiyaya dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.  

Bu barədə Türkiyə Prezident Administrasiyasının Rabitə İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, liderlər ikitərəfli münasibətlər, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan deyib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış pınarı” əməliyyatı terrorla mübarizəyə, Suriyanın ərazi bütövlüyünün qorunmasına, bu ölkədə siyasi tənzimləmə prosesinə öz töhfəsini verəcək.  

Kremlin mətbuat xidmətinin məlumatında isə bildirilib ki, V.Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib. 

 

“Xalq qəzeti”

16 Oktyabr 2019 12:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə